Mbappe: “PSJnin bütün oyunlarını izləyirəm”

09.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın futbolçusu Kilian Mbappe açıqlama verib. Sport24.az xəbər verir ki, fransalı hücumçu sabiq klubu PSJ haqda danışıb:

"PSJ mənim üçün çox şey deməkdir. Necə başa çatmasına baxmayaraq, orda 7 gözəl ilim oldu. Ötən il vəziyyət qarışıq idi. Hüquqlarımı müdafiə etdiyim üçün azarkeşlərlə mübahisələrim oldu. Deyirlər ki, Mbappe PSJ-ni sevmirdi. Mən indi də bu komandanın bütün oyunlarını izləyirəm. PSJ-nin xüsusi yeri var".

Mbappe ötən yay PSJ-dən "Real"a keçib. O, bu mövsüm 21 oyunda 11 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью