Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Real”ın hücumçusu Kilian Mbappe “Qızıl top”a namizədliyi barədə danışıb.
QOL.az AS-a istinadən xəbər verir ki, fransalı futbolçu bu il mükafatı qazanmaq üçün yaxşı şansının olduğunu bildirib.
“Məncə, bu il bu mükafatı qazanmaq üçün əla vaxtdır. Nə qədər danışsam da, ayaqlarım ən yaxşı şəkildə mənim yerimə danışır.
Mənim üçün əsas odur ki, “Qızıl top” “Real”a qayıtsın. O, “Santyaqo Bernabeu”ya qayıtmalıdır. Bütün bu insanlara arzu bəxş etmək üçün geri dönməlidir. Azarkeşlər bunu hamıdan çox haqq edir”.