Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Real Madrid"in hücumçusu Kilian Mbappe növbəti dəfə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Apasport.az xəbər verir ki, ötən gün keçirilən oyunda Madrid təmsilçisi "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 27 yaşlı fransız futbolçu dubla imza atıb.
Statistikaya görə, Mbappenin qol vurduğu 21 oyunun 19-da “Real Madrid” qələbə qazanıb. Hücumçunun fərqlənə bilmədiyi 11 qarşılaşmada isə paytaxt klubu cəmi 4 qələbə əldə edib, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.
Hazırda La Liqanın turnir cədvəlində 51 xalla birinci yerdə qərarlaşan “Real Madrid”i 2 xal geridə olan "Barselona" izləyir.
Tarixdə bu gün: Braziliya 3-cü dəfə dünya çempionu olub “Vulverhempton”dan “Siti”yə - RƏSMİ Azarkeşlər Müllerlə belə vidalaşdı - VİDEO Superkubok oyunları yeni formatda təşkil ediləcək Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika