Mbappe Real a bu müdafiəçini tövsiyə etdi

11.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real”ın hücumçusu Kilian Mbappe komandasına yeni müdafiəçi gətirilməsini istəyib. 

QOL.az xəbər verir ki, futbolçu rəhbərliyə “Liverpul”un fransız müdafiəçisi İbrahim Konateni transfer etməyi tövsiyə edib. Məlumata görə, Konate üçün bazar qiyməti təxminən 55 milyon avro dəyərindədir, lakin “kral klubu” onu pulsuz da əldə edə bilər. Buna səbəb isə Konate ilə “qırmızılar” arasındakı cari müqavilənin gələn yay başa çatmasıdır.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2021-ci ilin yayında “Liverpul”a keçib. Cari Premyer Liqa mövsümündə Konate 11 oyunda iştirak edib və iki sarı vərəqə alıb.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью