Mbappe Real ın növbəti oyununda meydana çıxa bilməyəcək

22.04.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe La Liqanın XXXIII turunda qarşılaşacaqları "Xetafe" ilə oyunda iştirak etməyəcək.

"Report" xəbər verir ki, onun adı topuğundakı zədə səbəbindən qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Fransa millisinin üzvü əvvəlki turda, "Atletik" kollektivi ilə keçirilən görüşdə də meydana çıxmamışdı.

Qeyd edək ki, "Xetafe" - "Real" matçı aprelin 23-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью