Mbappe Real Madrid i tərk edə bilər

07.10.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Real"dakı vəziyyətdən məyus olan Mbappe 2027-ci ilin yayında İspaniya təmsilçisini tərk etmək qərarına gəlib. Qeyd olunur ki, "kral klubu" fransalı ulduzun gedişinə mane olmayacaq.

Qalyardo əlavə edib ki, Mbappe karyerasını İngiltərə Premyer Liqası klublarından birində davam etdirəcək.

Xatırladaq ki, Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. 27 yaşlı forvardın klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 200 milyon avro qiymətləndirir.

Cari mövsümdə Mbappe 8 oyuna çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью