Mbappe Real Madrid in heyətində rekord müəyyənləşdirdi

25.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqada debüt mövsümündə 30-dan çox qol vuran "Kral klubu"nun ilk futbolçusu olub.

Bu barədə Oxu.Az "Squawka" nəşrinə istinadla xəbər verir.

Fransız futbolçu komandasının "Real Sosyedad"a 2:0 hesabı qalib gəldiyi qarşılaşmada dubla imza ataraq, La Liqada qollarının sayını 31-ə çatdırıb.

Mbappe ilk mövsümündə vurduğu qolların sayına görə La Liqa tarixində üçüncü yerə yüksəlib:

1. 34 - Ronaldo (1996/1997, "Barselona")

2. 33 - Pruden (1940/1941, "Atletiko Aviasyon")

3. 31 - Kilian Mbappe (2024/2025, "Real Madrid")

4. 30 - Romario (1993/1994, "Barselona")

Ümumilikdə Mbappe bu mövsüm 54 oyunda 42 qol vurub və 5 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью