Mbappe: Real Madrid üçün daha çox şey edə bilərəm

22.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Fransalı məşhur futbolçu Kilian Mbappe "Real Madrid" klubu barədə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Madrid Universe" nəşri məlumat yayıb.
Məlumata görə, futbolçunun sözlərinə görə, o, artıq kluba uyğunlaşmasını başa vurub.
"Real"a uyğunlaşmanı tamamladım. Getdikcə daha da yaxşı olacam. Bilirəm ki, daha çox şey edə bilərəm, bu formada hər şeyimi verməliyəm”, -Mbappe deyib.

Qeyd edək ki, Mbappe iyunun 3-də rəsmən "Real Madrid" keçidi açıqlanıb. Hücumçu azad agent kimi İspaniya nəhənginə keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью