Mbappe Real Madriddə Beyl və Asensionun uğurunu təkrarlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

19.12.2024

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü il Qitələrarası Kubokun final oyununda (3:0) "Paçuka" ilə görüşdə qələbə qolunu vuran və məhsuldar ötürmə edən "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Madrid klubunun futbolçuları üçün nadir nailiyyətə imza atıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, Mbappe son 10 ildə "Real Madrid" üçün ilk iki finalda qol vuran üçüncü futbolçu olub.

Əvvəllər bu nailiyyəti uelsli vinger Qaret Beyl (2014) və ispaniyalı Marko Asensio (2017) əldə ediblər.

Xatırladaq ki, Mbappe daha əvvəl "Los Blancos"un tərkibində UEFA Superkubokunu qazanmışdı.

Bu mövsüm Mbappe klubda bütün turnirlərdə 23 matçda forma geyinib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью