Mbappe “Real Madrid”də klub rekorduna imza atdı FOTO

07.07.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Klublararası dünya çempionatının 1/4 finalında “Borussiya”ya (Dortmund, Almaniya) qarşı keçirilən matçda (3:2) möhtəşəm qola imza atan “Real Madrid”in hücumçusu Kilian Mbappe indiyədək heç vaxt qırılmamış klub rekorduna imza atıb.

Gununsesi.info xəbər verir ki, Mbappe bir mövsümdə “Real”ın heyətində 7 müxtəlif turnirdə qol vurub. Bunu da indiyədək heç kim bacarmayıb.

Fransalı forvardın aktivində bütün turnirlərdə 58 matçda 44 qol var. O, La Liqada 31, Çempionlar Liqasında 7, İspaniya Kubokunda 2, həmçinin dörd turnirdə 1 qol vurub: İspaniya Superkuboku, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı və Qitələrarası Kubok.

Xatırladaq ki, Mbappe xəstəliyi səbəbindən 2025-ci il Klublararası dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını buraxmışdı. Turnirin yarımfinalında “Real” fransalı futbolçunun keçmiş klubu PSJ ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью