Mbappe “Real Madrid”dən ayrılmaq istəyir

06.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Fransalı hücumçu Kilian Mbappe İspaniyanın “Real Madrid” futbol klubundan məyus olub və 2027-ci ildə komandadan ayrılmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, “Real Madrid” bu qərara müdaxilə etmək niyyətində deyil. Fransız futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyi planlaşdırır.
Digər tərəfdən, İspaniya mediası bundan əvvəl Mbappenin “France Football” jurnalı tərəfindən mövsümün sonunda dünyanın ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına namizədliyini fəal şəkildə dəstəkləməkdən imtina etdiyinə görə “Real Madrid”ə qəzəbli olduğunu bildirmişdi.
Qeyd edək ki, 27 yaşlı Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. O, 2024/25 mövsümündə komanda ilə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb. Bundan əvvəl Mbappe 2017-ci ildə Fransa çempionluğunu qazandığı “Monako” və altı Fransa çempionluğu, dörd Fransa Kuboku və üç Fransa Super Kubokunu qazandığı “Pari Sen Jermen” klublarında oynayıb.
Fransa millisinin tərkibində oyunçu 2018-ci ildə Dünya Kubokunu qazanıb və 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
O, Dünya Kuboklarında vurulan qolların sayına görə rekordçudur (22).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью