Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

10.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 avqust, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe yeni mövsümə İbizada fərdi məşqlərlə hazırlaşır.

AZƏRTAC “Marca” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “kral klubu”nun fiziki hazırlıq üzrə məşqçisi Sebastyen Devilyanın rəhbərliyi ilə məşq edir.

Mbappe bununla istirahətdən sonra fiziki formasını bərpa etməyə çalışır.

Məlumata əsasən, Fransa millisinin üzvü gələn həftə Madridə qayıdaraq komanda ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, “Real Madrid” klubu artıq yeni mövsümün hazırlıqlarına start verib. Komanda indiyədək üç yoxlama oyunu keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью