Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Fransa millisinin hücumçusu Kilian Mbappe "Real"ın bəzi oyunçularının komandanın baş məşqçisi Xabi Alonsodan narazı olduqları barədə yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı COPE-yə açıqlama verib:
"Real" qalib gəlməyəndə insanlar çox şey deyirlər. Son iki matçda zəif oynadıq və bunu bilirik. Amma fasilədən sonra "Elçe" ilə oyundan qələbə ilə ayrılacağımızı düşünürəm. Bizim məqsədimiz var: Bu mövsüm bütün titulları qazanmaq".
Qeyd edək ki, 12 oyundan sonra aktivində 31 xal olan Madrid klubu turnir cədvəlində ilk pillədə qərarlaşıb. "Barseona" isə 3 xal az toplamaqla ikinci yerdədir.