Mbappe Real rəhbərliyindən bu futbolçunun transferini xahiş etdi

15.04.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real” hücumçusu Kilian Mbappe klub rəhbərliyindən qarşıdakı yay "transfer pəncərəsi"ndə “Arsenal”ın müdafiəçisi Vilyam Salibanın transfer edilməsi ilə bağlı danışıqlara başlamağı xahiş edib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi Salibanı perspektivli futbolçu kimi tanısa da, yüksək transfer qiymətindən ehtiyatlanır.

Salibanın “Arsenal”la müqaviləsinin 2027-ci il iyunun 30-na qədər olduğunu nəzərə alsaq, londonluların onun üçün azı 100 milyon avro tələb edəcəyi gözlənilir.

Fransa millisinin üzvü "Arsenal"dan savayı "Sent-Etyen", "Nitsa", "Marsel" klublarının formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью