Mbappe “Real”a getdiyinə görə peşman olub? “Bu klub doğru olardı”

26.11.2024

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Kilian Mbappe "Real Madrid"ə keçməklə öz karyerası üçün səhv qərar verib.

Metbuat.az xəbər verir ki, Fransanın “LEquipe” qəzetinin keçmiş baş direktoru Siril Linette belə açıqlama verib. Şərhçi bildirib ki, Mbappenin “Mançester Yunayted” kimi komandaya getməsi daha yaxşı olardı. Linette “RMC Sport”a açıqlamasında, “Mən demirəm ki, Mbappe uğursuzluğa düçar olur, amma o, öz mövqeyində eyni dərəcədə yaxşı oyunçusu olan kluba qoşulub. Bu məntiqsizdir” - deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl xarici KİV-lərdə Kilian Mbappenin “Real”a transfer olmaqdan məyus olduğu və onun “Liverpul”a transfer ola biləcəyi barədə xəbərlər dərc edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью