Mbappe “Real”da 90 cı qolunu vurub VİDEO

31.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kilian Mbappe “Real Madrid” futbol komandasının heyətində məhsuldar çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, fransalı hücumçu La Liqanın üçüncü turunda “Malaqa” ilə oyunda fərqlənərək Madrid klubunda 90-cı qolunu vurub. Bu, onun İspaniya çempionatındakı 60-cı qolu olub.

Mbappe cari mövsümdə üç oyunda dörd dəfə fərqlənib. AS nəşri qeyd edir ki, hücumçu artıq “Piçiçi” və “Qızıl buts” uğrunda mübarizədə önə çıxmaq niyyətindədir.

Statistikaya görə, 2024/25 mövsümündən bəri Mbappedən daha çox qol vuran yeganə futbolçu Harri Keyndir. İngiltərəli hücumçu bu müddətdə 62 dəfə fərqlənib.

“Malaqa” isə Mbappenin peşəkar karyerasında qol vurduğu 90-cı rəqib olub. Fransalı futbolçu La Liqada qarşılaşdığı 23 komandadan 22-nin qapısına yol tapıb. Yalnız “Elçe”yə qarşı fərqlənə bilməyib.

AS həmçinin vurğulayır ki, Joze Mourinyonun rəhbərliyi altında “Real”ın hücum xəttində rollar daha aydın bölünüb: Cud Bellinqem oyunun tempini müəyyənləşdirir, Vinisius müdafiə və məhsuldar ötürmələrdə daha fəaldır, Mbappe isə qol yükünü daşıyır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью