Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Futbol üzrə İspaniya La Liqasının 13-cü turunda “Real Madrid”in “Selta” üzərində qazandığı 2:1 hesablı qələbənin fasilə zamanı çəkilən görüntünün maraqlı təfərrüatları üzə çıxıb.
İdman.Biz xəbər verir ki, İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappenin Yan Diomande və Eduardo Kamavinqa ilə söhbəti DAZN telekanalının kameralarına düşüb.
İlk hissəni 0:1 hesabı ilə məğlub başa vuran Madrid təmsilçisinin futbolçuları fasilədə meydandakı taktiki problemləri müzakirə ediblər.
Mbappe əvvəlcə Diomandeyə müraciət edib:
“Oyun hələ bitməyib, düşünməyi dayandır”.
Daha sonra fransalı hücumçu Kamavinqaya üz tutub:
“Əgər bizə heç nə demirsənsə, irəli qaçmalıyıq”.
Kamavinqa isə komanda yoldaşına belə cavab verib:
“Əgər irəli getmək qərarına gəlmisinizsə, gedin”.
Mbappe rəqibin hücumçularından birinin nəzarətsiz qalmasına da diqqət çəkib:
“Yaxşı, amma problem ondadır ki, onların 23 nömrəli futbolçusu, ikinci hücumçusu daim tamamilə boş qalır”.
Fasilədəki müzakirədən sonra “Real Madrid” ikinci hissədə oyunun gedişini dəyişə bilib. Cud Bellinqem 66-cı dəqiqədə hesabı bərabərləşdirib, Karlos Espi isə 85-ci dəqiqədə qələbə qolunu vurub.