Mbappe Realın prezidentinə vəziyyəti dəyişəcəyinə söz verib

26.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

"Real"ın hücumçusu Kilian Mbappe klubun prezidenti Florentino Peresə vəziyyəti dəyişəcəyinə söz verib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, Fransa yığmasının üzvü klub rəhbərinə nəticələri yaxşılaşdıracağını və daha çox, həmçinin həlledici qollar vuracağını bildirib.

Mbappe daha əvvəl "Real"ın onu transfer etdiyi üçün peşman olmayacağını açıqlamışdı.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent statusu ilə Fransanın PSJ klubundan "Real"a keçib. Bu mövsüm o, İspaniya komandasının heyətində bütün turnirlərdə 23 matç keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью