Mbappe rekorda imza atdı

22.04.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Madrid "Real"ının hücumçusu Kilian Mbappe İspaniya çempionatının 33-cü turunda "Alaves"lə matçda (2:1) fərqlənərək yeni şəxsi göstəriciyə imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, fransalı forvard görüşün 30-cu dəqiqəsində cərimə meydançasından kənardan zərbə ilə hesabı açıb - top rikoşetdən sonra qapı toruna daxil olub. Bu qol Mbappenin 2025/2026 mövsümündə bütün turnirlərdə uzaq məsafədən vurduğu artıq səkkizinci qol olub.

Bununla da o, nəinki şəxsi rekordunu yeniləyib, həm də Avropanın top-5 liqalarında çıxış edən futbolçular arasında bu göstəricidə liderə çevrilib.

Qeyd edək ki, Mbappe cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью