Mbappe Ronaldonu geridə qoydu

29.01.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Kilian Mbappe UEFA Çempionlar Liqasında möhtəşəm formasını davam etdirir.

Apasport.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Lissabonda “Benfika”ya qarşı keçirilən oyunda dubl edib. Madrid təmsilçisi matçda 2:3 hesabı ilə geridə olsa da, fransalı futbolçu səfərdə vurduğu iki qolla diqqət mərkəzinə düşüb.

Mbappenin bu qollarla cari mövsüm Çempionlar Liqasındakı qol sayı 13-ə yüksəlib. O, bombardirlər siyahısında böyük üstünlüyə malikdir. Erlinq Haaland və Harri Keyn isə hərəyə 7 qolla ikinci pilləni bölüşürlər.

27 yaşlı futbolçu bu göstərici ilə 2015/16 mövsümünün qrup mərhələsində 11 qol vuran Kriştiano Ronaldonu geridə qoyub.

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib ÇL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB "Qarabağ" tarix yazdı - Pley-offdayıq! - YENİLƏNİB “Liverpul” - “Qarabağ”: START HEYƏTLƏR Marko Yankoviç: “Liverpul”a qarşı oynamaq bizim üçün şərəfdir”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью