Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı Video

08.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video

“Real”ın hücumçusu Kilian Mbappe Kriştiano Ronaldonun illər əvvəl etdiyi məşhur hərəkəti təkrarlayıb.

QOL.az xəbər verir ki, Fransa millisinin 27 yaşlı futbolçusu baş məşqçi Joze Mourinyo ilə birlikdə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “İnter”lə oyun öncəsi mətbuat konfransında iştirak edib.

Mətbuat konfransı başlamazdan əvvəl Mbappe qarşısında olan “Gatorade” enerji içkisini götürərək masanın altına qoyub. Bir qədər sonra ona sual verilərkən içki yenidən futbolçunun qarşısına qoyulub. Mbappe bu dəfə də sakit şəkildə şüşəni götürərək masanın altına yerləşdirib.

Bu hadisə Kriştiano Ronaldonun AVRO-2020 zamanı etdiyi hərəkəti xatırladıb. Portuqaliya millisinin kapitanı həmin vaxt mətbuat konfransında qarşısındakı iki “Coca-Cola” şüşəsini kənara çəkmiş, su şüşəsini qaldıraraq qazlı içki əvəzinə su içməyə üstünlük verdiyini göstərmişdi.

Посмотреть эту публикацию в Instagram

Публикация от QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью