Mbappe Ronaldonun nailiyyətini üstələdi

16.03.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Kilian Mbappe “Real Madrid”də ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.

"Ölkə.az" xəbər verir ki, Mbappe “Vilyarreal”la oyunda 6 dəqiqə ərzində dubl edib.

Fransız ilk mövsümündə bütün yarışlarda keçirdiyi 44-cü matçında “Real”ın heyətində 30 və 31-ci qollarını vurub.

Bu göstərici ilə Mbappe Ronaldonun nailiyyətini üstələyib.

Mbappe yay transfer pəncərəsində “Real”a keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью