Mbappe Ronalduya görə təəssüfünü bildirdi Daha əyləncəli olardı

20.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransalı futbol ulduzu Kilian Mbappe Kriştianu Ronaldu ilə bağlı təəssüfünü bölüşüb. 

Fanat.Az "Sports Ration"-a istinadən xəbər verir ki, "Real Madrid"in forvardı "Qızıl Top"un beşqat qalibi ilə birlikdə oynamaq istədiyini etiraf edib:

"8 illik karyeram ərzində Mbappe bir çox futbol ikonları ilə oynamışam. Konkret, Lionel Messi, Neymar, Antuan Qrizmann, Pol Poqba və Kərim Benzema kimi böyük oyunçularla komanda yoldaşı olmuşam. Amma Ronaldu ilə oynamaq daha əyləncəli olardı. İndi bu, çox çətindir. Təəssüf ki, əfsanə ilə komanda yoldaşı olmaq mənə qismət olmayıb”.

Qeyd edək ki, Mbappe "Real Madrid"də 23 oyuna çıxaraq 13 qol vurub.

Mirağa 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью