Mbappe sürücülük vəsiqəsi aldı: İlk dəfə sükan arxasında görüntüləndi

03.03.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Fransalı futbolçu Kilian Mbappe rəsmi olaraq sürücülük vəsiqəsi alıb və bu gün ilk dəfə sükan arxasında görüntülənib.

Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.

Saatda 35 km-dən çox sürətlə müdafiəçiləri geridə qoyması ilə tanınan futbolçu üçün bu hadisə müəyyən mənada simvolik hesab olunur.

Məlumata görə, Mbappenin sürücülük dərsləri keçdiyi məktəb qısa müddətdə böyük maraq mərkəzinə çevrilib.

Xatırladaq ki, futbolçu daha əvvəl Madridin "Real Madrid" klubu ilə əməkdaşlıq çərçivəsində fərdiləşdirilmiş BMW markalı avtomobil əldə etmişdi. İndi isə o, həmin avtomobili rəsmi şəkildə idarə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью