Mbappe tarixə düşüb

12.05.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

İspaniya çempionatında 35-ci turun oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, “Barselona” doğma azarkeşləri önündə “Real Madrid”i məğlub edib - 4:3.

"Real Madrid"in heyətində Kilian Mbappe het-trik edib.

Bu, XXI əsrdə "Real Madrid" oyunçusu üçün "El-Klassiko"da ilk het-trik kimi tarixə düşüb.

Bir matçda "Real Madrid" forması ilə "Barselona"ya 3 qol vuran sonuncu futbolçu 1995-ci ilin yanvarında çilili hücumçu İvan Zamorano olmuşdu. 

Qeyd edək ki, mövsümün bitməsinə 3 tur qalmış Kataloniya təmsilçisi ən yaxın rəqibi "Real"ı 7 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində möhkəmlənib. 

Fernandeş Səudiyyə Ərəbistanı yolunda "İnter"də iki ayrılıq Nəhənglərlə yarışan tarix, ardıcıl məyusluq - "Ankaragücü" Kurtuanın taleyinə aydınlıq gəldi "Bavariya" "Real"ın transfer hədəfi ilə danışıqlara başladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью