Mbappe üçün 250 milyon avroluq təklif

08.10.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real"ın ulduz futbolçusu Kilian Mbappe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mersisayd nəhəngi Mbappeni 2027-ci ilin yayında heyətinə qatmağı planlaşdırır. "Liverpul" 27 yaşlı forvard üçün 250 milyon avroluq təklif hazırlayır. Oyunçu özü də titullar qazana bilmədiyi üçün "kral klubu"ndan ayrılmaq ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin iyununda PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. Fransa millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью