Mbappe üzr istəyib

14.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Alaves"in yarımmüdafiəçisi Antonio Blanko "Real"ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyuna ona qarşı kobud oynamasından danışıb.

QOL.az xəbər verir ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına zərbə endirib. VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. 

Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib: "Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur". 

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında "Real"dan "Alaves"ə keçib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью