Mbappe vurduğu qollarla tarixə düşdü

01.07.2026

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, FIFA 2026 Dünya Kubokunun 1/16 final mərhələsində Fransa İsveçi 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Komanda növbəti mərhələdə Paraqvayla üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi stadionunda keçirilən qarşılaşmada Fransa yığmasının qollarını 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe, 53-cü dəqiqədə isə Bredli Barkola vurub. Mbappe oyunda vurduğu iki qolla Dünya Kuboku tarixinə düşüb. Fransalı hücumçu Dünya Kubokunun pley-off mərhələsində keçirdiyi 9 oyunda 10 qol vuraraq bu göstəricidə yeni rekorda imza atıb.

O, bununla da pley-off mərhələsində 8 qol vuran braziliyalı əfsanələr Leonidas və Ronaldonu geridə qoyub. Mbappe Dünya Kubokunda ümumilikdə vurduğu qolların sayını 18-ə çatdıraraq Miroslav Kloseni (16 qol) üstələyib və turnuva tarixinin ən məhsuldar ikinci futbolçusu olub. Bu siyahıya 19 qolla Argentina millisinin ulduzu Lionel Messi başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью