Mbappe Xetafe ilə oyunu buraxacaq

22.04.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe La Liqanın XXXIII turunda qarşılaşacaqları "Xetafe" ilə oyunda iştirak etməyəcək.

"Ölkə.az" xəbər verir ki, onun adı topuğundakı zədə səbəbindən qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Fransa millisinin üzvü əvvəlki turda, "Atletik" kollektivi ilə keçirilən görüşdə də meydana çıxmamışdı.

Qeyd edək ki, "Xetafe" - "Real" matçı aprelin 23-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью