Mbappe yaşıl meydanlara nə vaxt qayıdacaq?

22.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın zədəli hücumçusu Kilian Mbappe tezliklə meydana qayıdacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Miqel Anxel Diaz məlumat yayıb.

Onun sözlərinə görə, fransalı forvard La Liqada qarşıdan gələn “Real” – “Xetafe” matçını buraxsa da, İspaniya kubokunun finalında “Barselona” ilə qarşılaşmada iştirak edə biləcək.

Mbappe bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью