Mbappe yenə penaltini vura bilmədi

05.12.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

La Liqada “Atletik” və “Real” arasında təxirə salınmış oyun keçirilib.

QOL.az xəbər verir ki, Bilbaoda keçirilən qarşılaşma yerli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 53-cü dəqiqədə “Atletik”dən Berenqer açıb. 78-ci dəqiqədə Bellingem cavab qolu vurub. 80-ci dəqiqədə isə meydan sahiblərinin oyunçusu Quruseta qələbə qolunu “Real”ın qapısından keçirib.

Bu oyundan sonra “Real” 15 oyundan 33 xalla 2-ci yeri tutur. Lider “Barselona” 16 matçdan 37 xal toplayıb. “Atletik” isə 16 oyundan 29 xalla 4-cü pillədədir.

Qeyd edək ki, 68-ci dəqiqədə “Kral klubu”nün hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib. Onun vurduğu zərbədən sonra qapıçı topu dəf edib. 

Xatırladaq ki, Mbappe noyabrın 27-si “Liverpul”la Çempionlar Liqası matçında da penaltini dəqiq vura bilməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью