Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın (Madrid) hücumçusu Kilian Mbappe 2026/27 mövsümü üçün komandanın əsas hədəflərini açıqlayıb. Fransalı forvard İspaniya nəhənginin yenidən titullar qazanmalı olduğunu bildirib.
Futbolpress.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı ulduz futbolçu komandadakı atmosferdən razılığını ifadə edib:
“Yenə tiuullar qazanacağıq, şübhəm yoxdur. İstədiyimiz budur və gerçəkləşəcək, çünki komandada bu həvəsi hiss edirəm. “Real” azarkeşlərini sevindirmək üçün bütün mövsüm boyunca diqqətimizi cəmləyəcəyik. Kubok qazanmaqdan və azarkeşlərin sevincini hiss etməkdən daha vacib heç nə yoxdur”.
Təcrübəli hücumçu mövsümöncəsi hazırlıq prosesi haqqında da danışıb:
“Maksimum gücümü qoymağa çalışıram, çünki məhz indi daha çox işləmək imkanımız var. Oyunlar başladıqdan sonra əsas məsələ yüklənmələri idarə etmək olacaq. Çempionatın ilk turuna tam hazır olmaq və lazımi formanı toplamaq üçün maksimal güclə çalışmaq üçün doğru zamandır”.
Qeyd edək ki, “Real” 2025/26 mövsümünü kuboksuz tamamlayıb. Komanda La Liqada 2-ci yeri tutub, Çempionlar Liqasında isə 1/4 final mərhələsində mübarizəni dayanmışdı.