Mbappe yeni il üçün hədəflərini açıqladı | Icma.az
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Real"ın hücumçusu Kilian Mbappe 2025-ci il üçün hədəflərini açıqlayıb.
QOL.az AS-a istinadən xəbər verir ki, 26 yaşlı forvard çoxlu titullar qazanmaq istədiyini deyib: “Yeni ildə builki oyunumdan daha yaxşısını etməyi hədəfləmişəm.
Çoxlu titullara sahib olmağı arzulayıram. Və əlbəttə ki, "Real"ın hər oyunundan həzz almağınızı istəyirəm”.
Qeyd edək ki, Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "Real"a keçib.
O, Madrid təmsilçisi ilə bütün turnirlərdə 23 matça çıxıb, 13 qol vurub və 3 qolun ötürməsini verib.
Fransalı futbolçu komandanın hücum xəttində kifayət qədər effektiv olmadığına görə tez-tez tənqid edilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu