Mbappe yubiley qolunu vurub

08.12.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid"in hücumçusu Kilian Mbappe liqa matçlarında 200-cü qolunu vurub.

Apasport.az xəbər verir ki, fransız futbolçunun 200-cü qolu "Jirona" ilə matça (3:0) təsadüf edib.

25 yaşlı futbolçu 261matçda bu göstəriciyə çatıb. Mbappe vurduğu 200 qoldan 175-ni PSJ-də, 16-sını isə peşəkar karyerasında ilk klubu olan “Monako”da vurub.

Ulduz hücumçu "Real"ın heyətində İspaniya çempionatında 9 dəfə fərqlənib.

Qeyd edək ki, Mbappe cari mövsüm başlamazdan əvvəl azad agent kimi "Real Madrid"ə keçib.

MLS-də çempion bəlli oldu "Fənərbaxça"nın 26 oyunluq seriyası derbidə qırıldı Arda Güler tilsimi qırdı - VİDEO “Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi Qasperini ən yaxşı adına layiq görülüb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью