Mbappe zədəsini sağaldıb, sabah meydana çıxa bilər

18.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Fransa yığmasının "Real Madrid"də çıxış edən ulduz futbolçusu sağ topuğundakı zədəsini sağaldıb.

Oxu.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, forvard İspaniya çempionatında sabah "Xetafe" ilə səfər matçında meydana çıxa bilər.

Qeyd edək ki, Mbappe zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində İslandiya ilə matçı (2:2) buraxmalı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью