Mbappe zorlama ittihamı ilə bağlı danışdı

12.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe zorlamada ittiham olunduğu üçün təəccübləndiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, onun sözlərini "Canal+" yayıb.

"Gözləmədiyim məsələlər var. Mən heç nə almadım, açıqlama da vermədim. Hamı kimi mən də eyni yazıları oxuyurdum. İsveç hökuməti də heç nə deməyib. Bu, məni narahat etmir, sadəcə bir anlaşılmazlıqdır", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 15-də KİV Mbappenin Stokholmdakı hoteldə törədilən zorlamada şübhəli bilindiyini yazıb. Futbolçunun cinayət işindəki statusu "əsaslı şübhəli" kimi qeyd olunub. O özü isə bu ittihamları "saxta" adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью