Mbappedən Arda Gülerə: Habibi FOTO

26.09.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Millətlər Liqası çərçivəsində keçirilən Türkiyə və Fransa milli komandalarının oyunundan sonra "Real Madrid"in futbolçuları Arda Güler, Kilian Mbappe və Eduardo Kamavinqa bir araya gəliblər.

Oxu.Az xəbər verir ki, qarşılaşmadan sonra Kilian Mbappe "Instagram" sosial şəbəkəsinin hekayə bölməsində Arda Güler və Eduardo Kamavinqa ilə çəkdirdiyi fotoları paylaşıb.

Fransalı futbolçu Arda Güleri etiketləyərək fotoya "Habibi" başlığını əlavə edib. Sözügedən paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, sentyabrın 25-də Kocaelidə keçirilən qarşılaşmada Fransa Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub. O, 59 dəqiqə meydanda qalıb. Fransa millisinin hücumçusu qələbə qolunu vurduqdan bir neçə dəqiqə sonra sol dizində yaranan narahatlıq səbəbindən əvəzlənib. Arda Güler matçın sonuna qədər meydanda olub, Eduardo Kamavinqa isə 78-ci dəqiqədə oyuna daxil olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью