Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"in hücumçusu Kilian Mbappenin Fransa millisindəki komanda yoldaşı, PSJ-nin ulduzu Usman Dembele haqqında dediyi sözlər diqqət çəkib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ötən il "Qızıl top"un qalibi olan və bu il də namizədlər sırasında yer alan Usman Dembele ilə bağlı Kilian Mbappe fikirlərini bölüşüb.
Mbappe bildirib ki, Dembele hər zaman istedadlı futbolçu kimi qiymətləndirilsə də, özü gənc yaşlarından xüsusi diqqət çəkərək ən yüksək səviyyəyə yüksəlib:
"Dembeleni həmişə istedadlı futbolçu hesab ediblər, məni isə seçilmiş. Mən gənc yaşlarımdan zirvəyə çatdım. Onun karyerası zədələr səbəbindən fərqli istiqamətdə inkişaf etdi, amma buraxdığı boşluğu yaxşı doldura bildi".
Usman Dembele isə Mbappenin fikirlərinə münasibət bildirərək öz karyera yolundan danışıb:
"Xeyr, mən həmişə belə olmuşam - partanın ən arxasında oturub çox çalışan biri. Bütün karyeram boyu artıq söz deməmişəm, sadəcə işləmişəm. Bəli, mən heç vaxt seçilmiş olmamışam, amma zəhmətimin mükafatı olaraq PSJ-də möhtəşəm bir mövsüm keçirdim. Görək bu il nə olacaq".
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır. Kilian Mbappe isə karyerasında hələ bu nüfuzlu mükafata sahib olmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)