Mbappedən inanılmaz göstərici

02.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasında inanılmaz statistik göstəricilərə imza atmaqda davam edir.

“Yeni Sabah” xəbər verir ki, fransız ulduz çempionat çərçivəsində üz-üzə gəldiyi bütün rəqib komandaların qapısına qol vurmağı bacarıb.

İspaniya çempionatındakı çıxışı ilə diqqət çəkən 27 yaşlı hücumçu indiyədək meydanda olduğu 76 qarşılaşmada rəqib qapılarına 68 dəfə yol tapıb. Hər matçda yüksək effektivliyi ilə seçilən Mbappe bu performansla La Liqa tarixinin ən məhsuldar hücumçularından biri kimi mövqeyini daha da möhkəmləndirib. Toyuqlu pizza

"Kral klubu"nun əsas hücum silahı olan fransız futbolçunun bu unikal göstəricisi "Real Madrid"in çempionluq yarışındakı inamlı gedişatında mühüm rol oynayır.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью