Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real Madrid"in hücumçusu Kilian Mbappenin komandanın kapitanı olmaq istəyi baş məşqçi Joze Mourinyo tərəfindən qəbul edilməyib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İddiaya görə, fransalı futbolçu kapitanlıq sarğısını daşımaq istəyini portuqaliyalı mütəxəssisə çatdırıb. Lakin Mourinyo bu təklifə sərt münasibət göstərib.
"Əvvəlcə komandaya liderlik edə biləcəyini sübut etməlisən. Bu komandada səndən daha uzun müddət çıxış edən futbolçular var", – deyə Mourinyonun Mbappeyə cavab verdiyi bildirilir.
Qeyd edək ki, "Real Madrid"də əsas kapitan Federiko Valverdedir.
"Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu Premyer Liqada çıxış edəcək