Mbappedən Messinin qollarına reaksiya

23.06.2026

Icma.az bildirir, Metbuat portalına istinadən.

Kilian Mbappe Lionel Messi ilə Dünya Çempionatındakı bombardirlik yarışına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Fransa millisinin hücumçusu bu mövzuda rəqabət aparmadığını bildirib. Mbappe vurğulayıb ki, onun əsas diqqəti şəxsi statistikaya deyil, komandanın uğuruna yönəlib. Mbappe, "Messi həmişə qol vurub və bunu yenə edəcək. Mən onun nə etdiyinə baxmıram, yalnız öz komandama diqqət yetirirəm", - deyə bildirib.

Qeyd edək ki, Lionel Messi Avstriya ilə görüşdə dubl edərək dünya çempionatları tarixində qollarının sayını 18-ə çatdırıb. Mbappe isə mundiallarda indiyədək 16 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью