Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın və Fransa millisinin üzvü Kilian Mbappe açıqlama verib.
Futbolpress.az xəbər verir ki, Fransa mətbuatına danışan hücumçu portuqaliyalı futbolçu Kriştiano Ronaldodan söz açıb:
“Ronaldo hər zaman kumirim, nümunə götürdüyüm biri olub. Şanslıyam, çünki onunla danışırıq, mənə məsləhətlər verir, kömək edir. Ronaldo “bir nömrədir”. İnsanlar hələ də ondan danışır və buna davam edəcək”.