Mbappenin dublu “Real Madrid”ə qələbə qazandırdı VİDEO

26.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Real Madrid” İspaniya futbol çempionatının 10-cu turunda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin heyətində hər iki qolu Kilian Mbappe (41-ci və 87-ci dəqiqələr), “Barselona”nın yeganə qolunu isə Rafinya (61-ci dəqiqə) vurub.
Bu dubl sayəsində Mbappe “Real Madrid”in heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. O, klub tarixində bu göstəriciyə nail olan 24-cü futbolçu olub.
Məğlubiyyətə baxmayaraq, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью