Mbappenin het triki “Real Madrid”ə böyük qələbə qazandırdı

27.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid” futbol klubu İspaniya La Liqasının ikinci turunda “Real Sosyedad”ı 4:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi ilk hissədə Kilian Mbappenin qolu ilə önə keçsə də, Luka Suçiçin qolu “Real Sosyedad”a fasiləyə 1:1 hesabı ilə getməyə imkan verib. İkinci hissədə isə “Real Madrid” üstünlüyünü artırıb. Mbappe daha bir dəfə fərqlənib, Vinisius Junior da adını tabloya yazdırıb. Mbappe 80-ci dəqiqədə het-trikini rəsmiləşdirərək komandasının yekun 4:1 hesablı qələbəsini təmin edib.

Türkiyə millisinin üzvü Arda Gülər də qarşılaşmada iştirak edib. 20 yaşlı yarımmüdafiəçi “Real Madrid”in start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Onun yerinə Brahim Diaz daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra “Real Madrid” 6 xalla La Liqa turnir cədvəlinə başçılıq edir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью