Mbappenin “İstanbul BŞ” ilə nə əlaqəsi? | Icma.az
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İstanbul BŞ” ilə Kilian Mbappeni ilk baxışdan heç nə birləşdirmir.
Amma müasir futbolun ən populyar simalarından biri olan fransalı superulduz bugünlərdə məhz bu klubla bağlı bir xəbərlə gündəmə gəlib.
"Football-plus.az" xəbər verir ki, başakşəhərlilərin rəsmi “instaqram” səhifəsində bazar günü məşqdən adi bir video paylaşıldı.
Amma həmin video Mbappe sayəsində populyar oldu. Belə ki, videoya “layk” qoyanlar arasında “Real”ın futbolçusunun olduğu üzə çıxdı.
Mbappedən başqa Markus Türam və Rəşid Gezzal kimi tanınmışlar da videoya “layk” qoydu.
Klub bu olay sayəsində populyarlığını və təqibçi sayını artırmağa çalışdı.
Belə ki, “İstanbul BŞ”nin rəsmi səhifəsində süni intellekt sayəsində yaradılmış maraqlı və əyləncəli bir video paylaşıldı.
Tam oxu
Xəbəri oxu