Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe psixoloji baxımdan sarsılıb.
QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 25 yaşlı forvardın əhatəsində olanlar onun durumunun pis olduğunu təsdiqləyiblər.
Onlar bildiriblər ki, Kilianın artıq bir neçə aydır, psixoloji problemləri var. Qeyd edək ki, Mbappe bu yay "Real"a keçib.
O, cari mövsümdə 16 oyun keçirib, 8 qol vurub və 2 qolun ötürməsini verib.
Mbappenin hücumda kifayət qədər aktiv olmaması azarkeşlərin onu tənqid etməsinə səbəb olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.