futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Lill”in futbolçusu Etan Mbappe UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda “Real Betis”ə qarşı keçirilən matçda qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğu üçün üzr istəyib.
Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi evdə İspaniya klubuna 2:3 hesabı ilə məğlub olub. Kilian Mbappenin 19 yaşlı qardaşı qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalsa da, sonradan rəqibə dirsək vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edən gənc yarımmüdafiəçi məğlubiyyətin əsas səbəbkarı kimi məsuliyyəti öz üzərinə götürüb:
“Komanda yoldaşlarımdan, məşqçilər heyətindən və azarkeşlərimizdən bu yolverilməz hərəkətimə görə üzr istəyirəm. Bu məğlubiyyət tamamilə mənim vicdanımdadır, bütün məsuliyyəti üzərimə götürürəm. Ən vacib turnirdə komandamı çətin vəziyyətdə qoydum. Bütün ictimaiyyətdən məni bağışlasını xahiş edirəm”.