Mbappenin “Real”da Holand qorxusu

03.02.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappenin komandaya mümkün yeni transferlə bağlı narahatlığı üzə çıxıb.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu Erlinq Holandın “Real”ə keçidi ehtimalına müsbət yanaşmır. Mbappe hesab edir ki, norveçli hücumçunun gəlişi onun meydandakı azadlığını məhdudlaşdıra və əsas bombardir statusunu əlindən ala bilər.

Məlumata görə, Mbappe hücum xəttində mərkəzi fiqur olmaq, komandanın əsas qol ümidi və lideri kimi qalmaq istəyir. Holandın transferi isə onu daha çox yaradıcı rola sıxışdıra və hücumun əsas yükünü bölüşməyə məcbur edə bilər.

Hazırda “Real” rəhbərliyinin bu məsələ ilə bağlı yekun qərar vermədiyi bildirilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью