Mbappenin son vəziyyəti açıqlandı

26.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin I turunda Türkiyəyə qarşı keçirilən oyunda Kilian Mbappenin zədələnməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TF1 telekanalına Zidanın özü açıqlama verib.

O, zədənin kifayət qədər ciddi ola biləcəyini etiraf edib. Fransız mütəxəssis ulduz futbolçunun vəziyyətini belə qiymətləndirib:

“Əfsus ki, hər şey pisdir. Düşünürəm ki, Kilian Madridə qayıtmalı olacaq. Biz risk etmək niyyətində deyilik. Zərbə anında onun dizində həddindən artıq gərilmə (bağların zədələnməsi) baş verib. Oyunu davam etdirə bilmədiyini nəzərə alsaq, bu, elə də ümidverici görünmür”.

Qeyd edək ki, ilkin məlumatlara görə, “üçrənglilər”in kapitanında diz bağlarının zədələnməsi təsbit edilib. Onun tam bərpa müddəti ilə bağlı dəqiq məlumat daha sonra açıqlanacaq.

Xatırladaq ki, Türkiyə üzərində 1:0 hesablı qələbədən sonra Fransa millisi növbəti oyununu sentyabrın 28-də Belçika yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью