Mbappenin xəstəliyinin səbəbi məlum oldu

09.07.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real"ın futbolçusu Kilian Mbappenin mədə xəstəliyinin səbəbi üzə çıxıb.

QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 26 yaşlı hücumçu qida zəhərlənməsi yaşayıb.

Mbappe iyun ayının sonlarında qastroenterit səbəbindən ABŞ-dakı klublararası dünya çempionatının qrup mərhələsində oynaya bilməyib. O, ABŞ-da xəstəxanaya yerləşdirilib və 1 gün sonra evə buraxılıb.

Bildirilir ki, forvardın pisləşməsinin ilk versiyası istilik vurması idi. Lakin testlər Mbappenin xəstələnməsinə toyuq ətindəki bakteriyaların səbəb olduğunu aşkar edib. Qeyd olunur ki, xəstəlik zamanı futbolçu 6 kiloqram arıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью